"Barselona" "Liverpul"un hücumçuları Mohamed Salah və Luis Diazın gələcək taleyini diqqətlə izləyir, çünki "mersisaydlılar" bu yay klubda əsaslı dəyişikliklərə hazırlaşırlar.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu əvvəlcə kolumbiyalı futbolçunun alınmasına üstünlük verib. "Barselona"nın idman direktoru Deko hesab edir ki, Diazın keyfiyyətləri indiki komandaya mükəmməl uyğun gəlir.

Lakin hazırda "Barselona" klubu Salaha üstünlük verir, çünki Diazdan fərqli olaraq misirli futbolçunun "Liverpul"la müqaviləsi cari mövsümün sonunda başa çatır və o, komandaya azad agent kimi keçə bilər.

Qeyd edək ki, "Barselona"nın bu futbolçuların hər ikisini birdən almaq variantını nəzərdən keçirmədiyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest