20 Mart 2025, 21:20
FUTBOL
Argentina millisinin baş məşqçisi Lionel Skaloni "İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messinin DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün millinin siyahısında olmamasına münasibət bildirib.
Matc.az xəbər verir ki, Skaloni Messinin zədə səbəbindən yığmanın heyətində olmadığını deyib:
"Mən Leo ilə çoxdan danışmışam. Əzələsində problemləri var, bu da ona narahatlıq yaradır. Təəssüf ki, Leo bizə kömək edə bilməyəcək. Bu, bizim üçün ciddi sınaqdır, lakin komanda qarşıdakı matçların öhdəsindən gələcək və meydanda olan oyunçulardan asılı olmayaraq ideyalarımızı qoruyacaq".
Qeyd edək ki, Argentina yığması martın 22-də Uruqvayla, martın 26-da isə Braziliya ilə qarşılaşacaq.