"Liverpul"un "Atletiko"nun hücumçusu Xulian Alvareslə maraqlanmasına baxmayaraq, "mersisaydlılar" onun üçün konkret təklif irəli sürməyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" paylaşıb.

Bildirilir ki, 33 yaşlı hücumçu Antuan Qrizmannın yayda klubu tərk edəcəyi ehtimalı olduğundan Madrid klubu argentinalı futbolçunu buraxmaq istəmir. Bununla belə, "Atletiko" Alvares üçün təxminən 200 milyon avro təklif ediləcəyi təqdirdə, bu təklifi nəzərdən keçirə bilər ki, bu da 25 yaşlı futbolçu üçün "Mançester Siti"yə ödədiklərinin iki qatına bərabərdir.

Qeyd edək ki, Alvares bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 23 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında 25 yaşlı hücumçunun dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest