21 Mart 2025, 01:00
FUTBOL
UEFA Millətlər Liqasında pley-off mərhələsinin növbəti oyunu keçirilib.
Matc.az xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi Macarıstanın qapısına yol tapıblar. Qonaqların yeganə qolunu isə Andraş Şafer vurub.
Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə millisi 12 sentyabr 2007-ci ildə macarlara qarşı son qələbəsindən sonra keçirdiyi 5 oyundan 4-də uduzub, 1-də meydandan bərabər hesabla ayrılıb. Bu nəticə ilə Türkiyə yığması 5 matçdan sonra Macarıstanı məğlub etməyi bacarıb.