“Barselona” və “Liverpul” “Feyenord”un sağ müdafiəçisi Jivayro Ridlə maraqlanır. Matc.az xəbər verir ki, Avropa nəhəngləri 18 yaşlı oyunçu uğrunda mübarizəyə başlayıblar.

İspanlar müdafiə xəttini gücləndirmək niyyətində olsa da, bahalı transferlər həyata keçirməyi planlaşdırmır. “Liverpul” isə Ridi komandadan ayrılması gözlənilən Trent Aleksander-Arnolda potensial əvəzedici kimi nəzərdən keçirir.

Qeyd edək ki, Jivayro Ridin “Feyenord”la müqaviləsi 2028-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest