İspaniya millisinin və “Barselona”nın müdafiəçisi Pau Kubarsi zədələnib. Matc.az xəbər verir ki, 18 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderlandla görüşdə sıradan çıxıb.

Bu, Kubarsinin 41-ci dəqiqədə əvəzlənməsinə səbəb olub. İlkin müayinə onun sağ topuq bağlarının dartıldığını göstərib. Zədə ciddi olmasa da, futbolçunun qarşıdakı bir neçə gündə riskə atılmaması nəzərdən keçirilir.

Qeyd edək ki, Pau Kubarsi bu mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest