İtaliya yığması UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Milanda Almaniyaya 1:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, qarşılaşmada italyanlar hesabı açsa da, sonda qonaq komanda qalib gəlib.

Maraqlıdı ki, “Skuadra Adzurra” 13 ildən sonra ilk dəfə evdə hesabda öndə olduğu matçı məğlub tərk edib. Komanda axırıncı dəfə 2012-ci ildə Fransa ilə oyunda eyni vəziyyətlə üzləşmişdi.

Qeyd edək ki, İtaliya ilə Almaniya arasında cavab qarşılaşması martın 23-də ikincilərin meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest