Fransa Liqa 1-də çempion vaxtından əvvəl müəyyənləşə bilər. Matc.az xəbər verir ki, turnir cədvəlinin lideri olan PSJ “Marsel”i 19 xal qabaqlayır.

Növbəti turdan sonra mübarizədə maksimum toplanacaq xal 21 olacaq. Əgər parislilər 27-ci turda “Sent-Etyen” üzərində qələbə qazansa, “Marsel” isə “Reyms”lə heç-heçə etsə və ya məğlub olsa, fərq eyni qalacaq. Nəticədə PSJ tarixində 13-cü çempionluğunu qazanacaq.

Qeyd edək ki, Fransa çempionatında növbəti turun oyunları 29-30 martda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest