21 Mart 2025, 14:58
FUTBOL
Türkiyə yığmasının futbolçusu Orkun Kökçü Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla cavab oyununda iştirak edə bilməyəcək. Matc.az xəbər verir ki, o, sarı vərəqə limitini doldurub.
Yarımmüdafiəçi Macarıstanla ilk görüşün 41-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Bununla da onun martın 23-də baş tutacaq cavab matçında iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, komandalar arasındakı ilk oyun Türkiyənin 3:1 hesablı qələbəsi ilə nəticələnib.