21 Mart 2025, 16:07
FUTBOL
“Liverpul” rəhbərliyi komandanın hücumçusu Məhəmməd Salahla yeni müqavilə danışıqlarını davam etdirir. Matc.az xəbər verir ki, misirli oyunçusunun hazırkı sözləşməsinin müddəti cari mövsümün sonuna qədərdi.
Hələ də tərəflər arasında yeni müqavilə bağlanmasa da, “qırmızılar” bu məsələ ilə bağlı pozitivdilər. “Liverpul” rəhbərliyi Salahı yeni sazişə razı sala biləcəyinə əmindi.
32 yaşlı futbolçunun da “Liverpul”dan ayrılmaq istəmədiyi bildirilir.