21 Mart 2025, 16:39
FUTBOL
“Arda çox sevdiyim qardaşımdı. Onun “İnter”ə keçməsini istəyirəm. Ümid edirəm ki, o, komandamıza gələcək". Matc.az xəbər verir ki, bunu "İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu deyib.
O, yığmada komanda yoldaşı olan Arda Gülər barədə danışıb. Hakan “Real”da əsas heyətə düşməkdə çətinlik çəkən Güləri “İnter”də görmək arzusundadı.
“Onun Madriddəki işlərinə qarışmaq istəmirəm. Özü hər şeyi daha yaxşı bilir. Sadəcə, Ardanın klubda daha çox oyun praktikası qazanmasını istərdim. Bu mənada, onu “İnter”ə dəvət edirəm”, - deyə Hakan Çalhanoğlu bildirib.