Düşənbədəki qalibiyyət Belarus millisinin ən böyükhesablı səfər qələbəsi olub.

Millimizlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Belarus yığması rekorda imza atıb. Matc.az xəbər verir ki, komanda buna Tacikistanla görüşdə nail olub.

Düşənbədə keçirilən yoldaşlıq matçı Belarusun 5:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu, belarusluların tarixində 5 top fərqi ilə qalib gəldikləri üçüncü oyun olub. Bundan əlavə, Düşənbədəki qalibiyyət Belarus millisinin ən böyükhesablı səfər qələbəsi kimi tarixə düşüb.

Qeyd edək ki, Azərbaycan - Belarus qarşılaşması martın 25-də “Bank Respublika Arena”da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest