Mustafazadə yığmada ab-havanın çox yaxşı olduğunu bildirib.
"Haiti millisi bizə tanış rəqib deyil. Buna baxmayaraq, oyunlarına baxmışıq. Yaxşı futbolçulara malikdilər. Bizi maraqlı oyun gözləyir”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
O, Haiti yığması ilə keçiriləcək yoldaşlıq görüşündən öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Mustafazadə yığmada ab-havanın çox yaxşı olduğunu bildirib: “Düzgün oynayağa və məşqçinin göstərişlərini yerinə yetirməyə çalışacağıq. Hər iki yoldaşlıq matçında qələbə qazanmaq istəyirik. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdi”.
Bəhlul yığmaya ilk dəfə dəvət alan futbolçuların çox həvəsli olduğunu əlavə edib: “Biz də belə idik. Milli formanı geyinməyi çox istəyirlər”.