"Haiti ilə matçda meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Ancaq heyəti burada açıqlaya bilmərəm. Bu oyunda qələbə qazanmaq istəyirik”. Matc.az xəbə verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı çalışdırıcı Haiti yığmasına qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransına qatılıb. O, sabahkı qarşılaşmanın çətin keçəcəyini bildirib: “Rəqib keyfiyyətli futbolçulardan təşkil olunmuş komandadı. Son 5-6 matçlarını təhlil etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq”.

Santuş Haiti yığmasının daha çox hücum futboluna önəm verdiyi vurğulayıb: “Rəqib top itkisindən sonra da toparlanaraq, yenidən hücuma çıxmağa çalışan komandadı. Buna rəğmən, sabah qalib gəlmək istəyirik”.

Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən Santuş bunları əlabə edib: “Azərbaycan şirniyyatlarını çox bəyəndim. Azərbaycanın Avropanın ən gözəl 20 ölkəsindən biri olduğunu söyləyə bilərəm. Bakıda təhlükəsiz şəkildə yaşamaq mümkündü”.

Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan - Haiti oyunu saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest