Braziliya yığmasının və "Liverpul"un qapıçısı Alisson Bekker zədələnib. Matc.az xəbər verir ki, təcrübəli qolkiper millinin heyətində DÇ-2026-nın Kolumbiyaya qarşı keçirilən seçmə mərhələ oyununda sıradan çıxıb.

O, görüşdə (2:1) başından xəsarət alıb. 78-ci dəqiqədə rəqib oyunçu Davinson Sançeslə toqquşan Alisson meydanı tərk etmək məcburiyyətində qalıb.

Alissonun zədəsinin ciddi olub-olmadığına tibbi müayinələrdən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest