21 Mart 2025, 20:29
FUTBOL
"İnter"in müdafiəçisi Stefan de Vrey "Liverpul"un maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat yayıb.
İtaliya klubu 33 yaşlı niderlandlı oyunçu ilə müqaviləni yeniləmək niyyətində deyil və o, iyunun 30-da azad agent olacaq. "Liverpul" De Veryə ildə təxminən 3,8 milyon avro maaş təklif etmək niyyətindədir.
Qeyd edək ki, de Vrey bu mövsüm 33 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.