22 Mart 2025, 11:30
FUTBOL
"Bavariya" 31 yaşlı hücumçu Harri Keynin yerinə potensial olaraq "Maynts"ın 24 yaşlı mərkəz hücumçusu Conatan Burkardtı nəzərdə tutub.
Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Münhen klubu alman futbolçunu sərfəli qiymətə ala bilər.
Qeyd edək ki, bu mövsüm Burkardt bütün turnirlərdə 23 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
31 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.