"Atletiko"nun hücumçusu Julian Alvares Çempionlar Liqasının 1/8 finalında "Real"a qarşı keçirilən oyunda (1:0, 2:4 pen.) futbolçunun topa iki dəfə toxunması səbəbindən hesaba alınmayan penalti ilə bağlı vəziyyəti ilk dəfə şərh edib.
Matc.az xəbər verir ki, o, bu barədə ESPN-ə açıqlama verib:
"Mən o anı min dəfə izləmişəm. Hər yerdə videosu var. Topa toxunuşu hiss etmədim. İki toxunuş olsa belə, təmas minimal idi və fərq etmək çox çətin idi. Lakin hər şey bitib...
Qaydalar daha aydın olmalıdır, çünki mən bunda hansısa üstünlükdən istifadə etməyə çalışmırdım. Məsələn, penalti zərbəsi zamanı qapıçı qapını tərk edərsə, penalti zərbəsi yenidən təyin edilir. Bu, hər hansı üstünlük əldə etmək üçün edilmir. Çox təəssüf ki, belə alındı".