"Mançester Yunayted" Frankfurt "Ayntraxt"ının 22 yaşlı hücumçusu Uqo Ekitiku ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport" paylaşıb.

Bildirilir ki, Frankfurt klubu yayda 80 milyon avroluq təklif alacağı təqdirdə fransalı futbolçunu buraxmağa hazırdır. "Qırmızı şeytanlar"ın hücumçu Benjamin Seşkonun potensial transferi ilə bağlı "Leyptsiq"lə də əlaqə saxladığı vurğulanır. Klub 21 yaşlı futbolçunun dəyirini 70 milyon avro olaraq qiymətləndirir.

Qeyd edəık ki, Ekitike bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest