22 Mart 2025, 18:35
FUTBOL
"Ayntraxt"ın 19 yaşlı cinah oyunçusu Jan-Matteo Baoya Almaniya Bundesliqasının 26-cı turda "Bohum"la qarşılaşmada (1:3) 37,16 km/saatla yeni sürət rekordunu müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Almaniya çempionatı tarixində heç bir futbolçu 36,82 km/saat yüksək sürətə çata bilməyib.
Baoya bu oyunun 32-ci dəqiqəsində qol da vurub.
Qeyd edək ki, bu mövsüm Baoya bütün turnirlərdə 24 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 19 yaşlı cinah oyunçusunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 7,5 milyon avrodur.