"Yuventus" komandanın baş məşqçisi Tiaqo Mottanı istefaya göndərmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
İqor Tudor mövsümün sonuna qədər, yəni Klublararası Dünya Çempionatının sonuna qədər komandaya rəhbərlik etməyə hazır olduğunu təsdiqləyib. Onun müqaviləsində komanda Çempionlar Liqasına vəsiqə qazansa, müqaviləni daha bir il, 2026-cı ilin iyun ayına qədər uzatmaq variantı (avtomatik deyil, klub üçün birtərəfli) olacaq.
Rəhbərliyin Mottaya inamı hələ Fiorentina ilə oyundan (0:3) itib. Onu may ayında deyil, indi işdən çıxarmaq qərarı Çempionlar Liqasını əldən vermək və ən azı 60 milyon avro itirmək qorxusundan irəli gəlirdi ki, bu da klubun büdcəsinə ölümcül zərbə olardı.
Hazırda Turin komandası dördüncü pillədə qərarlaşan "Bolonya"dan bir xal geri qalaraq, çempionatın beşinci pilləsində qərarlaşıb. Komanda artıq PSV və "Empoli"yə uduzaraq Çempionlar Liqası və İtaliya Kubokundan kənarlaşdırılıb.
Qeyd edək ki, İqor Tudor hazırda klubsuzdur. O, əvvəllər "Latsio" və bir sıra digər komandaları çalışdırıb.