"Bavariya" "Atletik"in vingeri Niko Uilyams üçün təklif göndərib və 22 yaşlı futbolçuya ildə 10 milyon avro ödəməyə hazır olduğunu bildiririb.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, "Barselona" da Uilyamsa maraq göstərir, lakin ispaniyalı oyunçu Kataloniya klubuna açıq şəkildə bildirib ki, əgər onlara qoşulmasını istəyirlərsə, Münhen klubunun təklifi ilə müqayisə oluna bilən təklif verməli olacaqlar.

"Barselona"nın Uilyamsın transferində ciddi marağı olmasına baxmayaraq, klubun iqtisadi vəziyyətinə görə hücumçuya 10 milyon avro ödəməyə hazır olmadığı vurğulanır. Futbolçunun özü isə kataloniyalılara keçməyə üstünlük verir və hər iki tərəfi qane edən həll yolunun tapılacağına ümid edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest