23 Mart 2025, 13:47
FUTBOL
İtaliyanın "Yuventus" klubunun komandanın baş məşqçisi Tiaqo Motta ilə müqaviləni birtərəfli qaydada pozduğuna görə ona nə qədər pul ödəyəcəyi məlum olub.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Mottanın qovulması "qoca sinyora"ya 20 milyon avroya başa gələcək. Mütəxəssisin Turin klubu ilə müqaviləsində, "Yuventus"un onu ikinci ilinin sonuna qədər qovmaq qərarına gələcəyi təqdirdə, əlavə təzminatla bağlı xüsusi bənd yer alıb.
Xatırladaq ki, Tiaqo Motta cari mövsüm başlamazdan əvvəl "Yuventus"u çalışdırmağa başlayıb. Motta ötən yay "Yuventus"la mövsümdə 5 milyon avro maaşla 3 illik müqavilə imzalayıb.