Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi ilə məşğul olan Almaniyanın "Transfermarkt" portalı 2025-ci ilin yayında azad agentə çevriləcək İngiltərə Premyer Liqası oyunçularından ibarət simvolik komanda hazırlayıb.

Matc.az xəbər verir ki, simvolik komandaya "Liverpul"dan dörd və "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Kristal Pelas", "Brentford", "Fulhem", "Everton"dan isə hərəsinə bir futbolçu daxil edilib.

Xatırladaq ki, FİFA qaydalarına əsasən, cari müqavilənin bitməsinə altı ay qalmış futbolçuların yeni kluba pulsuz transferlə bağlı danışıqlar aparmaq hüququ var.

2025-ci ilin yayında Premyer Liqanın azad agentlərindən ibarət simvolik komandası:

Qapıçı: Vitezslav Yaros ("Liverpul")
Müdafiəçi - Trent Aleksander-Arnold ("Liverpul")
Müdafiəçi - Virgil van Deyk ("Liverpul")
Müdafiəçi - Viktor Lindelof ("Mançester Yunayted")
Müdafiəçi - Tayrik Mitçel ("Arsenal")
Yarımmüdafiəçi - Tomas Partey ("Arsenal")
Yarımmüdafiəçi - Kristian Noerqaard ("Brentford")
Yarımmüdafiəçi - Kevin De Bruyne ("Mançester Siti")
Hücumçu - Məhəmməd Salah ("Liverpul")
Hücumçu - Adama Traore ("Fulhem")
Hücumçu - Dominik Kalvert-Lyuin ("Everton")

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest