"Bavariya"nın hücumçusu Harri Keyn cari mövsümün sonunda, karyerasını bitirmək istədiyi İngiltərə Premyer Liqasına qayıtmaq variantını ciddi şəkildə düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Nacional" yayıb.

Bildirilir ki, 31 yaşlı ingilis forvardla müqavilə imzalamaq üçün favorit "Liverpul"dur. "Mersisaydlılar"ın İngiltərə millisinin kapitanına iddialı layihə, sağlam komanda və real ambisiyalar təklif edə biləcəyi vurğulanır.

Eyni zamanda, "Bavariya" da danışıqlar mövqeyindədir, çünki Keynin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bununla belə, futbolçunun İngiltərəyə qayıtmaq istəyi həlledici ola bilər.

Qeyd edək ki, Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Bu mövsüm o, bütün turnirlərdə 37 oyun keçirib, 32 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest