Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının təqvimi bəlli olub. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Millətlər Liqasının 1/4 final matçlarından sonra Fransa da millimizin yer aldığı D qrupuna düşüb.
Yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının təqvimini təqdim edirik:
5 sentyabr, 2025-ci il
22:45. İslandiya – Azərbaycan
22:45. Ukrayna – Fransa
9 sentyabr
20:00. Azərbaycan – Ukrayna
22:45. Fransa – İslandiya
10 oktyabr
22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna
13 oktyabr
22:45. İslandiya – Fransa
22:45. Ukrayna – Azərbaycan
13 noyabr
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa – Ukrayna
16 noyabr
21:00. Azərbaycan – Fransa
21:00. Ukrayna - İslandiya
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.