24 Mart 2025, 14:23
FUTBOL
Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiya ilə keçirilən cavab oyunu Fransa millisinin kapitanı Kilian Mbappe üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu peşəkar karyerasında 500-cü görüşünə çıxıb.
Ulduz futbolçu bu matçların yarıdan çoxunu PSJ-də keçirib. Mbappe Paris klubunun heyətində 308 qarşılaşmada iştirak edib. Forvard “Monako”da 60 oyun, hazırkı klubu “Real”da isə 44 oyun oyunda meydana çıxıb. Fransızların yeni kapitanı milli formanı 88 dəfə geyinib.
Qeyd edək ki, Fransa millisi oyunsonrası penaltilərlə Xorvatiyanı üstələyərək, yarımfinala yüksəlib.