Braziliyanın “Şapekoense” klubunun yarımmüdafiəçisi Xorxe Ximenes Santa-Katarina ştat çempionatının “Avai” ilə oyunundan sonra azarkeşə hücum edib. Matc.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmadan sonra “Avai” azarkeşlərindən biri meydana daxil olaraq “Şapekoense”nin azarkeşlərinə qarşı nalayiq jestlər edib. Buna cavab olaraq Ximenes sürətlə qaçaraq onu arxadan ayaqla vurub. Hadisənin videosu Braziliya mətbuatında yayılıb.

Ximenes fasilədə əvəzlənsə də, ikinci hissədə hakimin qərarlarına etiraz etdiyi üçün digər komanda yoldaşı Covanni Auqusto ilə birlikdə qırmızı vərəqə alıb. Turnirin çempionu isə “Avai” olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest