24 Mart 2025, 15:07
FUTBOL
İtaliya yığması Millətlər Liqasının 1/4 final mərhələsində Almaniya ilə səfərdə 3:3 hesablı heç-heçə edib. Matc.az xəbər verir ki, “Skuadra Adzurra” Dortmunddakı qarşılaşmada hər üç qolu birinci hissədə buraxıb.
“Opta” statistika şirkətinin araşdırmasına görə, İtaliya yığması 2009-cu ildən bəri ilk dəfə bir matçın ilk yarısında qapısında 3 top görüb. Komanda sonuncu dəfə 16 il əvvəl Konfederasiyalar Kubokunda Braziliya ilə matçda bu vəziyyətlə üzləşmişdi.
Qeyd edək ki, ilk matçda 2:1 hesablı qələbə qazanan Almaniya millisi yarımfinala yüksəlib.