“Yuventus” istefaya göndərdiyi Tiaqo Mottanın rəhbərliyi altında keçirdiyi oyunların yarıdan çoxunda qələbə qazana bilməyib. Matc.az xəbər verir ki, İtaliya nəhəngi onunla bütün turnirlərdə 42 görüşə çıxıb ki, yalnız 18 dəfə qalibiyyət üzü görüb.

“Qoca sinyora”nın Motta ilə qələbə göstəricisi 43 faizdi. 1929-30 mövsümündən bəri “Yuve”ni ən azı 40 oyuna çıxarmış baş məşqçilər arasında Mottadan uğursuz göstəricini yalnız iki mütəxəssis göstərib. Bunlar Luici Del Neri (40%: 50 oyunda 20 qələbə) və Sandro Puppodu (24: 62 oyunda 15 qələbə).

Qeyd edək ki, “Yuventus” baş məşqçi postuna İqor Tudoru gətirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest