“Qalatasaray” mövsümün sonunda heyətini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, “cim-bom” Türkiyə millisinin üzvü Salih Özcanı sıralarına cəlb etməyi planlaşdırılır.

İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin məxsus olduğu “Borussiya”ya müraciət edib. Salihin Dortmund klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Özcan karyerası ərzində “Holşten Kiel”, “Köln” və “Volfsburq” klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest