İspaniya millisinin futbolçusu Lamin Yamal diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, bunu UEFA Millətlər Liqasında fərqlənməklə bacarıb.

Belə ki, turnirin 1/4 finalında Niderlandla keçirilən cavab görüşündə qol vuran Yamal Millətlər Liqası tarixində fərqlənən ən gənc oyunçu adına yiyələnib. Qarşılaşmanın 103-cü dəqiqəsində rəqib qapısına yol tapan Lamin bunu 17 yaş 258 günlüyündə bacarıb.

Qeyd edək ki, bunadək rekord İspaniya millisinin digər üzvü Qaviyə (17 il 304 gün) məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest