24 Mart 2025, 13:50
FUTBOL
"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda bitəcək Kevin de Brüyneyə daha bir klub müştəri çıxıb. Matc.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə ABŞ-ın "San Dieqo" klubu danışıqlara başlayıb.
33 yaşlı futbolçunun yeni mövsümə MLS-də başlamaq ehtimalı yüksək dəyərləndirilir.
Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti"nin formasını geyinən de Brüyne cari mövsümdə 30 oyunda 4 qol və 7 assist ilə yadda qalıb.