U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu, U-21-in yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ikinci oyunu olacaq.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirəcək. Matc.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu, U-21-in yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ikinci oyunu olacaq.

Qeyd edək ki, millimiz martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest