25 Mart 2025, 10:39
FUTBOL
İngiltərə millisinin dünya və Avropa çempionatlarının seçmə mərhələlərində evdəki məğlubiyyətsizlik seriyası davam edib. Matc.az xəbər verir ki, adalılar 39 oyundu öz meydanında uduzmur.
Bu müddətdə britaniyalılar 35 qələbə qazanıb, 4 heç-heçə edib. İngiltərə yığmasının bu rekordu əvvəlki ən yaxşı iki seriyanın cəmindən də yüksəkdi. Bunadək yığma iki dəfə 19 matçlıq məğlubiyyətsizliyə imza atıb.
Qeyd edək ki, Tomas Tuxelin baş məşqçisi olduğu komanda DÇ-2026-nın dünən keçirilən seçmə oyununda Latviyanı 3:0 hesabı ilə məğlub edib.