25 Mart 2025, 12:44
FUTBOL
Harri Keyn İngiltərə millisinin heyətində 71-ci qolunu vurub. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Latviya ilə oyunda fərqlənib.
Keyn hazırda millisinin ən məhsuldar oyunçusudu. O, 71 qola 104 matçda çatıb.
Avropanın böyük millilərindən Almaniyanın bombardiri Miroslav Kloze də eyni sayda qol vurub. Sadəcə olaraq, almaniyalı 137 görüşdə bunu reallaşdırıb.
Qeyd edək ki, İngiltərə Latviyanı 3:0 hesabı ilə məğlub edib.