İngiltərə Premyer Liqa iclasında avqustun 14-nü transfer müqavilələrinin bağlanması üçün son tarix kimi müəyyən etmək məsələsi müzakirə ediləcək. Matc.az xəbər verir ki, toplantıda bu məsələ səsverməyə çıxarılacaq.
Çempionatda gələn mövsümün startı isə avqustun 16-na planlaşdırılıb. Dəyişikliklərin qəbul edilməsi üçün ən azı 14 klubun razılığı tələb olunur. Lakin əvvəlcədən klub sahibləri və direktorları ilə aparılan danışıqlar bu təşəbbüsə kifayət qədər dəstək olmadığını ortaya çıxarsa, səsvermə ləğv edilə bilər.
Səudiyyə Ərəbistanı klublarının transfer siyasəti ilə bağlı suallar da açıq qalır. Son illər bu klublar ulduz futbolçuların transferində böyük maliyyə imkanları nümayiş etdirir. Əgər digər çempionatlarda vəziyyət dəyişməsə, Premyer Liqada transfer pəncərəsinin bağlanma tarixinin dəyişdirilməsi yerli klubları qeyri-bərabər vəziyyətə sala bilər.