Anxel Koreya karyerasını Meksika çempionatında davam etdirə bilər. Matc.az xəbər verir ki, “Atletiko”nun yarımmüdafiəçisini “Tiqres” transfer etmək istəyir.

Tərəflər arasında danışıqlar irəliləyiş mərhələsindədir. Koreya özü də keçidə razılıq verib və hazırda Meksika klubu ilə müqavilə şərtlərini müzakirə edir. “Atletiko” futbolçunu yüksək məbləğə satmağa çalışmır. Çünki onun sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, 30 yaşlı argentinalı cari mövsüm La Liqada 25 oyun keçirib, 3 qol vurub, 1 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest