25 Mart 2025, 17:52
FUTBOL
“Barselona” “Nyukasl”ın hücumçusu Aleksander İsakı transfer etmək istəyir. Matc.az xəbər verir ki, isveçli forvardın namizədliyi həm Kataloniya klubunun prezidenti Joan Laporta, həm də idman direktoru Deku tərəfindən bəyənilib.
Ötən ilin sonlarında klubun İsakın meneceri ilə gizli danışıqları da olub. Ancaq ispanların bu transferi həyata keçirmək üçün maaş büdcəsini yüngülləşdirməsi və maliyyə fair-pley qaydalarına uyğunlaşması vacibdi. Bu, digər futbolçuların satılması ilə mümkün ola bilər.
Qeyd edək ki, əksər nəhənglərin maraq dairəsində olan İsak cari mövsüm “Nyukasl”ın heyətində 33 matçda 23 qol vurub, 5 assist edib.