DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı 4:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, argentinalılar iki tarixi rekorda imza atıb.

Onlar Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliya ilə hər iki matçda qalib gələn (4:1, 1:0) ilk komanda olub. “Tanqoçular” dünya çempionatının seçmə mərhələlərində Braziliyaya dörd qol vuran ilk rəqib ünvanına da yiyələnib.

Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest