26 Mart 2025, 17:28
FUTBOL
“Mançester Yunayted”in qapıçısı Andre Onana yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə hazırdı. Matc.az xəbər verir ki, 28 yaşlı qolkiper ərəb ölkəsinə köçməyin əleyhinə deyil.
Son illər Avropanın bir çox ulduz futbolçusu bu liqaya keçdiyindən, Onana da həmin tendensiyanı izləyə bilər. “Qırmızı şeytanlar” da Kamerun millisinin üzvünü satmağa hazırdı və artıq yeni qapıçı axtarışındadı.
Qeyd edək ki, Andre Onana cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədi.