26 Mart 2025, 12:11
FUTBOL
Daha iki futbolçu Azərbaycan millisinin heyətində debüt edib. Matc.az xəbər verir ki, bu, Belarusla yoldaşlıq görüşünə təsadüf edib.
Müdafiəçi Mert Çelik və yarımmüdafiəçi Şahin Şahniyarov “Bank Respublika Arena”dakı qarşılaşmaya start heyətində çıxıb. Bununla milli tarixində meydana çıxan futbolçuların sayı 275-ə çatıb.
Haiti ilə martın 22-dəki görüşdə isə üç debüt reallaşmışdı. Həmin qarşılaşmada Xəyal Əliyev, Rəhman Daşdəmirov və Səbuhi Abdullazadə ilk dəfə milli formanı geyinmişdilər.
Qapıçılar Aydın Bayramov, Əlirza Müştəbazadə və hücumçu Ağadadaş Salyanski isə debüt edə bilməyib.
Qeyd edək ki, millimiz Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.