26 Mart 2025, 12:54
FUTBOL
Paulu Bentu Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçi postundan gedib. Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Qərar BƏƏ-nin DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Şimali Koreya üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib. BƏƏ mundialın final mərhələsinə vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır. Komanda sona iki tur qalmış A qrupunda üçüncü pillədə qərarlaşıb və lider mövqeyində olan Özbəkistandan cəmi 4 xal geri qalır.
Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ildən komandaya rəhbərlik edirdi. O, daha əvvəl Portuqaliya və Cənubi Koreya yığmalarını, həmçinin "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan) və "Kruzeyro"nu (Braziliya) çalışdırıb.