26 Mart 2025, 18:30
FUTBOL
Türkiyə Supeliqasının 29-cu turunda baş tutacaq "Beşiktaş" – "Qalatasaray" qarşılaşmasının hakimləri açıqlanıb.
Matc.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek olacaq. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" – "Qalatasaray" qarşılaşması 29 mart, Bakı vaxtı ilə saat 21:30-da "Beşiktaş Park"da baş tutacaq.