26 Mart 2025, 20:45
FUTBOL
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" – "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
Matc.az xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, oyun 28 mart tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.