Oyun Rüfətin komandasının 5:3 hesablı səfər qələbəsi ilə nəticələnib.

Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, onun komandası Berlin “Dinamo”su 26-cı tur çərçivəsində “Zehlendorf”un qonağı olub.

Oyun Rüfətin komandasının 5:3 hesablı səfər qələbəsi ilə nəticələnib.

Rüfət bu qələbədə əsas pay sahiblərindən olub. Belə ki, o, dublla yadda qalıb. 33 yaşlı hücumçu 3-cü dəqiqədə hesabı açıb, 75-ci dəqiqədə isə komandasının 4-cü qoluna imza atıb.

Qeyd edək ki, "Dinamo" hazırda 40 xalla turnir cədvəlində 6-cı yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest