Qərarlar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda yaşananlarla bağlı hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, qərarlar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
İCBFA-Xudat City FA oyununda İCBFA komandasının heyətində Rüfət Cəbrayıllı qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
İCBFA komandasının heyətində Fərhad Eyvazlı qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
İCBFA komandasının heyətində Tural Səfərli də qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza ilə üzləşib.
Xudat City FA komandasının heyətində Ranar Aşurbəyov qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
Xudat City FA komandasının heyətində Telman Ağabalayev qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.