“Neftçi”nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına qalib gəldikləri (1:0) qarşılaşmanın 90+6-cı dəqiqəsində qələbə qolunu vurması haqda danışıb.

Təcrübəli yarımmüdafiəçi kənardan hücum etməyi xoşladığını bildirib. O, qol vurduğu epizodu şərh edib: “Həmin vaxt ya hər şey, ya da heç nə düşüncəsi ilə getdim. Deyə bilərəm ki, karyeramın ən yaxşı anlarından biri idi. Bunadək çətin günlərdən keçdik. Həm psixoloji, həm də fiziki cəhətdən yorğun idik. Bundan əlavə, meydanın vəziyyəti də bizə çətinlik yaradırdı. Zatən iki görüşdə 6 xalı asanlıqla əldə etməyəcəyimizi dərk edirdik”.

Qeyd edək ki, Kuç ötən ilin yayından “Neftçi”nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest