27 Mart 2025, 16:51
FUTBOL
“Barselona”nın futbolçusu Robert Levandovski açıqlama verib. Matc.az xəbər verir ki, polşalı hücumçu son oyunlarda fiziki cəhətdən yorğun olduğunu etiraf edib.
“O qədər yorğun idim ki, hətta sağ ayağımla zərbə də vura bilmirdim. İndi isə özümü yaxşı hiss edirəm”, - deyə Levandovski bildirib.
Qeyd edək ki, 36 yaşlı forvard cari mövsümdə ümumilikdə 40 oyunda 35 qola imza atıb.