UEFA "Real"ın futbolçuları Kilian Mbappe, Vinisius Junior, Daniel Seballos və Antonio Rudigerin Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə oyunda (1:0, 2:4) davranışlarını araşdırmaq üçün etika və intizam müfəttişi təyin edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.

Bundan əvvəl mətbuatda "Atletiko"nun UEFA-ya müvafiq şikayət göndərdiyi barədə məlumatlar yayılmışdı.

"Kral klubu"nun oyunçularının nalayiq davranışlarını əks etdirən 4 video qeydi əlavə etdikləri vurğulanır. Xüsusilə də videolarda Rudiger və Vinisiusun "Atletiko" azarkeşlərinə qarşı təxribat xarakterli jestlər etməsi əks olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest